Əli Əhmədov: "Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında fəxrlə inkişaf edir"


Digərləri 07 May 2018 12:26:00 251 0

Əli Əhmədov: "Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında fəxrlə inkişaf edir"

"Ümumilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, Heydər Əliyevin xatirəsi hər gün anılır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafında Heydər Əliyevin nişanələri görünür. O qeyd edib ki, Azərbaycanın hər bir güşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Heydər Əliyevn müəyyənləşdirdiyi siyasət özünü göstərir: "Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında fəxrlə inkişaf edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir".