Əli Əhmədov: Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında fəxrlə inkişaf edir


Digərləri 07 May 2018 12:20:00 233 0

Əli Əhmədov: Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında fəxrlə inkişaf edir

Ümumilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, Heydər Əliyevin xatirəsi hər gün anılır.

Bakı. Elçin Mehdiyev – Ümumilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, Heydər Əliyevin xatirəsi hər gün anılır. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbirdə deyib. Ə.Əhmədov bildirib ki, Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafında Heydər Əliyevin nişanələri görünür. O qeyd edib ki, Azərbaycanın hər bir güşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Heydər Əliyevn müəyyənləşdirdiyi siyasət özünü göstərir: “Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında fəxrlə inkişaf edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir”. Ə.Əhmədov bildirib ki, Azərbaycanın bütün vətəndaşları Heydər Əliyevə minnətdarlıq edir: “Gənclər onlara göstərilən diqqət və qayğıya görə, incəsənət xadimləri incəsənətə göstərdiyi diqqətə görə, digər nəsillər də başqa fəaliyyətlərə görə Heydər Əliyevin xatirəsinə dərin hörmətlərini ifadə edirlər”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin