Əli Kərimliİsa Qəmbər yaramaz xislətlilərin nümunəsi…


Siyasət 07 May 2018 11:41:00 256 0

Əli Kərimliİsa Qəmbər  yaramaz xislətlilərin nümunəsi…

"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi, uzun müddətdir ki, qış yuxusunda olan müxalifət "liderləri"nin canına  yaman vicvicə saldı. Hətta bir-birilərinə düşmən kəsilənlər bir "araya" gəldiklərini və guya ki, bu məsələdə "həmfikir" olmağa çalışdıqları görüntüsünü yaratmağa başlayıblar. Səbəb də bəllidir - Azərbaycan uğurlu inkişaf yolundadır. Bunu isə dağıdıcı müxalifət 23 ildir görmür. Çünki özləri bu 23 ildə itirə-itirə, parçalanıb dağılaraq yoxa çıxıblar. Görəsən, dağılan müxalifətin belə bir vəziyyətdə hər hansı bir layihəyə qarşı çıxmasının özü "badbaxtlıq" deyilmi?

Saflig.com