Bakıda “QAZel” 5 yaşlı uşağı vuraraq öldürüb


Sosial 07 May 2018 11:32:58 251 0

Bakıda “QAZel” 5 yaşlı uşağı vuraraq öldürüb

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır

Bakıda “QAZel” markalı avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 6-da saat 15 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində qəsəbə sakini Mehrab Səfərov idarə etdiyi “QAZel” markalı avtomobillə 5 yaşlı İbrahim Köçəriyevi vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsindəaraşdırma aparılır.