Dəniz platformalarından 4,5 milyard kubmetr səmt qazı toplanıb


Digərləri 07 May 2018 11:23:00 291 0

Dəniz platformalarından 4,5 milyard kubmetr səmt qazı toplanıb

"SOCAR son illər ərzində dəniz platformalarından 4,5 milyard kubmetr səmt qazının toplanmasını təmin edib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda Dünya Bankının səmt qazının yandırılmasının azaldılması üzrə Qlobal tərəfdaşlıq təşkilatının (GGFR) rəhbər komitəsinin iclası zamanı deyib.

Onun sözlərinə görə, bu gün bəşəriyyət bir sıra qlobal xarakterli problemlərlə üzləşib və onlardan biri də ətraf mühitin mühafizəsi ilə əlaqəlidir.