Nəhəng dalğanı "ram" etdi yeni rekord VİDEO


Digərləri 07 May 2018 11:29:00 211 0

Nəhəng dalğanı "ram" etdi  yeni rekord  VİDEO

Braziliyalı serfer Rodriqo Kokksa yeni dünya rekordu vurub.

Son.az Reuters-ə istinadən bildirir ki, o, 24,38 metr hündürlüyü olan dalğanı "ram" edib.

Buna görə serferə "Quiksilver XXL Biggest Wave Award" mükafatı verilib.

Rodriqo Koksa rekordunu Atlantik okeanından gələn nəhəng dalğaları ilə tanınan, Portuqaliyanın Nazara həhərindəki Praya du Norti çimərliyində vurub.

Çimərlikdə keçirilən serfinq yarışında gerçəkləşən rekordu Dünya Serfinq Liqasının (WSL) hakimləri qeydə alıblar.