"Azərbaycan dünyanın ən mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcək" FOTO


Digərləri 07 May 2018 10:53:00 269 0

"Azərbaycan dünyanın ən mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcək"  FOTO

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniya ştatının San Dieqo Dövlət Universitetinin dəvətilə həmin universitetdə 4 may 2018-ci il tarixində keçirilən elmi konfransda Azərbaycana dair geniş mühazirə ilə çıxış edib.

Son.az xəbər verir ki, Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, universitetin İnformasiya Birliyi və Strategiyası Mərkəzinin keçirdiyi və tanınmış şirkətlərin və mütəxəssislərin iştirak etdiyi konfransda ticarət, təhlükəsizlik, səhiyyə, ətraf mühit və yükdək texnologiyalar üzrə müzakirələr aparılıb.

N.Ağayev, ilk öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edərək, ölkəmizin müsəlman dünyasında ilk dünyəvi respublika yaradaraq, qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verən ölkə kimi tarixə düşdüyünü bildirib.

O, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşduğunu, 1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətçiliyin möhkəmləndirilməsi yolunda önəmli və ciddi addımların atıldığını, iqtisadiyyatın müxtəlif sahələrində mühüm islahatların aparıldığını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadi inkişafın bu gün uğurla davam etdyini vurğulayan N.Ağayev, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqda tədbir iştirakçılarını məlumatlandırıb. Azərbaycanda xarici sərmayələrin yatırılması üçün əlverişli şəraitin yaradıldığını və ölkəmizin infrastrukturunun və coğrafi mövqeyinin böyük regional bazarlara çıxış imkanı verdiyini bildirən diplomat Azərbaycanın regionda aparıcı iqtisadi göstəricilərə malik olduğunu qeyd edib.