Selfi çəkdirmək istəyən oğlanın şəlalədən yıxılma anı VİDEO FOTO


Dünya 07 May 2018 10:44:00 308 0

Selfi çəkdirmək istəyən oğlanın şəlalədən yıxılma anı  VİDEO  FOTO

Daha yaxşı selfi alındırmaq üçün təhlükəli yerlərdə şəkillər çəkdirərkən ölənlərin sayı artmaqdadır.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, bədbəxt selfi hadisəsi bu dəfə Hindistanın Odeşa vilayətində baş verib.

Videodan göründüyü kimi Qali Qabdar şəlaləsinin üzərinə çıxan 24 yaşlı Subrat Naqın anidən ayağı sürüşür və uçuruma yuvarlanır.

O, hündürlüyü 15 metr olan şəlalədən yıxılarkən onun kameraya çəkən dostları çarəsizcə qışqırırlar.

Şəlalədən sürüşərkən ağır bədən xəsarətləri alan Subrat hazırda xəstəxanadadır. Onun vəziyyəti olduqca ağırdır.


Xəbərə aid fotolar