Trampla Kim Çen In iyunda Sinqapurda görüşəcək KİV


Dünya 07 May 2018 10:30:00 288 0

Trampla Kim Çen In iyunda Sinqapurda görüşəcək  KİV

ABŞ prezident Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla iyunda Sinqapurda görüşəcək.

Son.az report-a istinadən xəbər verir ki, bunu Cənubi Koreya mətbuatı yazıb. Lakin rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləməyiblər. Qeyd edək ki, ötən həftə D.Tramp bildirmişdi ki, Kim Çen Inla görüşün tarixi və yeri barədə yaxın günlərdə məlumat veriləcək.  Xatırladaq ki, Şimali Koreya may ayında Punqeri nüvə sınağı poliqonunun bağlayacağına dair öhdılik götürüb. Cənubi Koreya prezidenti Mun Çje İnlə Kim Çen Inın görüşündən sonra Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməyə başlanacağı bəyan olunub.