Baş konsul: Azərbaycan dünyanın ən mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcək (FOTO)


Digərləri 07 May 2018 10:35:00 256 0

Baş konsul: Azərbaycan dünyanın ən mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcək (FOTO)

Kaliforniya universitetində Azərbaycana dair geniş mühazirə keçirilib.

Bakı. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniya ştatının San Dieqo Dövlət Universitetinin dəvətilə həmin universitetdə 4 may 2018-ci il tarixində keçirilən elmi konfransda Azərbaycana dair geniş mühazirə ilə çıxış edib. Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, universitetin İnformasiya Birliyi və Strategiyası Mərkəzinin keçirdiyi və tanınmış şirkətlərin və mütəxəssislərin iştirak etdiyi konfransda ticarət, təhlükəsizlik, səhiyyə, ətraf mühit və yükdək texnologiyalar üzrə müzakirələr aparılıb. N.Ağayev, ilk öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edərək, ölkəmizin müsəlman dünyasında ilk dünyəvi respublika yaradaraq, qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verən ölkə kimi tarixə düşdüyünü bildirib. O, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşduğunu, 1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətçiliyin möhkəmləndirilməsi yolunda önəmli və ciddi addımların atıldığını, iqtisadiyyatın müxtəlif sahələrində mühüm islahatların aparıldığını diqqətə çatdırıb.