118 uşağın anası həbs olundu FOTO TƏFƏRRÜAT


Digərləri 07 May 2018 10:21:00 295 0

118 uşağın anası həbs olundu  FOTO  TƏFƏRRÜAT

Çinin Hebey vilayətindəki Uan şəhərinin polisi 118 uşağı övladlığa götürmüş Li  Lyiszyuanı həbs edib.

Son.az Global Times-a istinadən bildirir ki, milyonlarla dollar xərcləyərək özəl uşaq evi yaradan və oradakı uşaqlara analıq edən qadın hazırda ifadə edir.

Onun uşaq evi bağlanıb.

L.Lyiszyuan ilk uşağı 1996-cı ildə övladlığa götürmüşdü. Bundan sonra fasiləsiz olaraq kimsəsiz, xəstə uşaqları övladlığa götürən qadın 2007-ci ildə "Məhəbbət kəndi" adlı özəl uşaq evi yaratmışdı.

Sonucda Linin övladlığa götürdüyü uşaqların sayı 118-ə çatmışdı.

Lakin məşhurlaşandan sonra Lyiszyuan xeyriyyəçiliyi varlanma vasitəsinə çevirib.


Xəbərə aid fotolar