Bakı Ali Neft Məktəbində SPM-in “M3” qrupunun açılışı oldu


Digərləri 07 May 2018 10:24:00 259 0

Bakı Ali Neft Məktəbində SPM-in “M3” qrupunun açılışı oldu

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni “M3” qrupunun açılış mərasimi keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni “M3” qrupunun açılış mərasimi keçirilib. BANM-dan Trend-ə verilən məlumata görə, ali məktəbin kampusunda təşkil edilən açılış mərasimində iştirak edən rektor Elmar Qasımov “M3” qrupunun Layihə İdarəetmə Məktəbinin BANM-da artıq beşinci uğurlu qrup olduğunu bildirib. Rektor qeyd edib ki, ötən ay SPM-in ilk iki qrupunun təntənəli “Məzun Günü” keçirilib, proqramı uğurla bitirən iştirakçılara ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatları təqdim edilib: “Əminəm ki, burada vaxtın idarə olunması, risklərin idarə olunması, danışıqların aparılması, liderlik və s. modullar üzrə əldə etdiyiniz biliklər bir menecer olaraq sizə həm işinizdə, həm də şəxsi həyatınızdakı planlarınızda çox kömək olacaq”. Daha sonra ölkənin aparıcı şirkətlərinin rəhbər nümayəndələrindən ibarət olan iştirakçıların hər biri özləri haqqında qısa təqdimat ediblər.