Müəllim olmaq istəyənlərin nəzərinə


Digərləri 07 May 2018 10:14:00 264 0

Müəllim olmaq istəyənlərin nəzərinə

Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə ilə keçirilmiş müsahibələrin nəticələri məlum olub.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsahibələrin nəticələrinə əsasən, həvəsləndirmə tədbirləri tətbiq edilməyən ümumtəhsil məktəblərinə müddətsiz əmək müqaviləsi ilə işə qəbul edilmək istəyən 121 nəfər və həvəsləndirmə tədbirləri tətbiq edilən ümumtəhsil məktəblərində işləyən 356 nəfər olmaqla ümumilikdə 477 nəfərlə növbəti tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilmiş müsahibələrdə hər bir namizəd müsahibə proqramına uyğun olaraq qiymətləndirilib. Müsahibədə iştirak etmək üçün http://www.miq.edu.az/muqavile/ saytında elektron qeydiyyatdan keçmiş ümumilikdə 2882 nəfər müəllimdən 692 nəfəri müsahibələrdə iştirak edib.