22 avtobusun hərəkət sxemində dəyişiklik edildi


Digərləri 07 May 2018 09:47:10 255 0

22 avtobusun hərəkət sxemində dəyişiklik edildi

Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının istifadəyə verilməsi ilə əlaqədar 22 avtobusun hərəkət sxemində dəyişiklik edilib.

Bakı. Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının istifadəyə verilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi ilə ətraf kənd və qəsəbələri əlaqələndirən 22 marşrut xətti üzrə (24, 62, 93, 101, 107, 131, 136, 139, 148, 150, 160, 163, 166, 171, 172, 173, 187, 189, 198, 204, 216, 217) avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.