12 otaqlı ev yanıb


Digərləri 07 May 2018 08:26:00 239 0

12 otaqlı ev yanıb

Şirvanda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Şirvan şəhərində ümumi sahəsi 324 m2 olan ikimərtəbəli 12 otaqlı evin 1-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları, hamam otağında məişət əşyaları və 2-ci mərtəbədə 1 otağın döşəməsi, ev əşyaları 20 m2 sahədə yanıb.

Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 25 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.