Salvadorda son iki gündə 274 zəlzələ baş verib


Dünya 07 May 2018 08:12:00 237 0

Salvadorda son iki gündə 274 zəlzələ baş verib

Salvadorda son iki gün ərzində 274 zəlzələ baş verib. Onlardan 37-si hiss olunub.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələ nəticəsində bir uşaq xəsarət alıb, 11 ev uçub, 170 tikiliyə isə zərər dəyib. Baş verən zəlzələlər 3,2-5,6 bal güclərində olub.

Zəlzələ ilə əlaqədar Çirilaqua, İntipuka (San-Migel departamenti) və El_karmen (Da-Unyon departamenti) bələdiyyələrində "sarı" və "narıncı" təhlükə səviyyələri elan edilib.