Britaniyada 1930-cu illərin təyyarəsi çimərliyə təcili eniş edib - VİDEO


Dünya 07 May 2018 06:00:00 305 0

Britaniyada 1930-cu illərin təyyarəsi çimərliyə təcili eniş edib - VİDEO

Hadisə nəticəsində xəsarət alan olmayıb

Fransa istehsalı olan 1930-cu illərə məxsus təyyarə mühərrikində nasazlıq səbəbindən Britaniyanın Devon qraflığının Sidmut şəhər çimərliyinə təcili eniş edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "DevonLive" xəbər portalı məlumat yayıb.

Hadisə şənbə günü axşam baş verib. İki yerli sakin vintaj təyyarə və avtomobillər sərgisinin keçirildiyi Bodmin şəhərindən Branskombdakı evlərinə qayıdırmış. Hava gəmisinin sükanı arxasında olan 47 yaşlı Zak Rokinin sözlərinə görə, mühərrik imtina etdikdən sonra onun praktiki olaraq seçimi qalmayıb və təyyarəni çimərlikdə endirmək məcburiyyəti yaranıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.