Mexikoda barda atışma zamanı 3 nəfər ölüb


Dünya 07 May 2018 03:25:00 286 0

Mexikoda barda atışma zamanı 3 nəfər ölüb

Atışmanın hansı şəraitdə baş verdiyi məlum deyil

Meksikanın paytaxtı Mexikoda atışma baş verib.

“Report” xəbər verir ki, şəhərin şimalında qeydə alınan silahlı insident zamanı 3 nəfər həyatını itirib.

Polis əməkdaşları ərazini mühasirəyə alıblar. Hadisə yerində müxtəlif ölçülü gilizlər tapılıb.

Atışmanın hansı şəraitdə baş verdiyi məlum deyil.