İranda 16 qadın İŞİD-ə qoşulduğuna görə həbs edilib


Dünya 07 May 2018 01:49:54 280 0

İranda 16 qadın İŞİD-ə qoşulduğuna görə həbs edilib

Döyüş hazırlığı keçən qadınlar Suriyada bir neçə əməliyyatda iştirak ediblər

İranda İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya gedən 16 qadın müxtəlif ittihamlar üzrə həbs cəzasına məhkum edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Tehran şəhərinin baş prokuroru Abbas Cəfər Dolatabadiyə istinadən IRNA məlumat yayıb.

Onun sözlərinə görə, qadınlar döyüş hazırlığı keçib və Suriyada bir neçə əməliyyatda iştirak ediblər.

Dolatabadi əlavə edib ki, onlar İrana qayıdan kimi həbs olunublar. Qadınların məhkumluq müddəti açıqlanmır.