Əlacsız qalıb ruhdan düşəndə hansı duaları oxumaq lazımdır?


Digərləri 06 May 2018 23:50:00 356 0

Əlacsız qalıb ruhdan düşəndə hansı duaları oxumaq lazımdır?

Əvvala çalışmaq lazımdır ki, müsəlman özünü bu hala (ruh düşgünlüyü) gətirib çıxarmasın. Çünki onun böyük və dərdini açıb ərz edə biləcək Rəbbi var. Uca Allah buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər". (əl-Bəqərə, 186). Son.az zikr.az-a istinadən bildirir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Möminin işi qəribədir! Həqiqətən, onun bütün işləri xeyirdir. Bu, mömin­dən başqa bir kəsə məxsus deyildir. Ona sevindirici bir şey gəldikdə, şükür edər, bu, onun üçün xeyir olar. Ona xoşagəlməz bir şey gəldikdə isə səbir edər, bu, onun üçün xeyir olar". (Muslim, 2999).

Qəmginlik, ruh düşlünlüyü ilə bağlı Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) öyrətdiyi bu duaları edə bilərsiniz: "Allahım, halımı Sənə ərz edirəm; zəifəm, çarəsizəm, əlacsızam və insanların gözündə dəyərsizəm! Allahım, nəfsimə təqva libası geyindir və ona istiqamət ver: ona yol göstərən yalnız Sənsən. Sən bizim hamimiz və mövlamızsan. Bilərəkdən ya da bilməyərəkdən etdiyim günahları bağışla!" (əl-Buxari). Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) məscidə girdi və Əbu Umamə adlı səhabənin fikirli halda orada oturduğunu gördü. Yaxınlaşıb soruşdu: "Ey Əbu Umamə! İndi namaz vaxtı deyil. Niyə burada qəmli-qəmli oturmusan?" Əbu Umamə (Allah ondan razı olsun) cavab verdi: "Ey Allahın Rəsulu! Xeyli borcum var, buna üzülürəm. Dərd əlindən məscidə pənah gətirmişəm". Peyğəmbər (salləllahu aleyhi və səlləm) soruşdu: "İstəyirsənmi, sənə elə bir dua öyrədim ki, onu oxusan, Allah qəlbindəki qəm-qüssəni (ruh düşkünlüyünü) yox edər, borcunu qaytarar?" Əbu Umamə (Allah ondan razı olsun) sevincək dedi: "İstəyirəm, ey Allahın Rəsulu!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Hər səhər və axşam vaxtı bu duanı oxu: "Allahummə inni əuzu bikə minə-l-həmmi va-l-həzən. Va əuzu bikə minə-l-aczi va-l-kəsəl. Va əuzu bikə minə-l-cubni va-l-buxl. Va əuzu bikə min ğaləbəti-d-deyni va qahri-r-ricəl" - Allahım, həqiqətən, qəm-qüssədən, hüzn-kədərdən, acizlikdən və tənbəllikdən, qorxudan və paxıllıqdan, borcun məni üstələməsindən və camaatın əziyyətindən Sənə sığınıram". Əbu Umamə deyir ki, bu duanı bir müddət oxudum. Həm ürəyim açılıb qəm-qüssəm aradan getdi, həm də borcumu qaytardım". (əl-Buxari; Muslim; Əbu Davud; ət-Tirmizi və ən-Nəsai).

"Lə iləhə illə-l-lahu-l-azımu-l-həlim, lə iləhə illə-l-lahu rabbu-l-arşi-l-azım, lə iləhə illə-l-lahu rabbu-s-səməvati va rabbu-l-ardı va rabbu-l-arşi-l-kərim" - Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Əzəmətli, Mülayim Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Əzəmətli ərşin Rəbbi Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Səmaların Rəbbi və yerin Rəbbi, və nəcib ərşin Rəbbi". (əl-Buxari, 7/154; Muslim, 4/2092).

"Allahummə rahmətəkə ərcu fələ təkilni ilə nəfsi tarfətə ayn va aslih li şə'ni kulləhu, lə iləhə illə ənt" - Allahım, Sənin rəhmətini diləyirəm. Məni bir an da olsa öz ixtiyarıma buraxma, bütün işlərimi sahmana sal. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur". (Əbu Dəvud, 4/324; Əhməd, 5/42).