Haqq həmişə batilə qalib gələr


Digərləri 06 May 2018 23:40:00 359 0

Haqq həmişə batilə qalib gələr

İmam Zaman ağa (ə.f) buyurur: "Allahın qəti iradəsi bu cürdür ki, gec və ya tez haqqın sonu - qələbə, batilin sonu - məhv olmaqdır".

Son.az deyerler.org-a istinadən bildirir ki, bu sözləri Həzrət (ə.f), Əhməd ibni İshaqa yazdığı məktubda bəyan etmişdir.

O, bu məktubda əmisi Cəfərin vilayətini rədd edərək, atası İmam Həsən Əsgəridən (ə) sonra özünün vəsi olduğunu bildirmişdir.

İmam (ə.f) öz davamçılarına məsləhət görmüşdür ki, həmişə haqqı müdafiə etsinlər. Çünki, batil gəlib-gedəndir. Bir müddət cövlan etsə də, hakim olsa da, ancaq sonu məhv olmaqdır.

Bunu tarixdə də aydın görmək olur. Nəmrudun, Fironun, Hitlerin, müxtəlif digər diktatorların aqibətləri bu həqiqəti dərk etmək üçün kifayətdir.