Görmə qüsuru olanlara yol göstərən cihaz


Digərləri 06 May 2018 23:45:00 344 0

Görmə qüsuru olanlara yol göstərən cihaz

İki lisey şagirdi gənc qız görmə qüsuru olanlara yol təsvir edən titrəşməli cihaz yaratdı. Bu cihaz sayəsində görmə qüsuru olanlar səsli əmrlə gedəcəkləri yeri rahatlıqla tapa bilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, qabaqda maneələri qəbul edən sensoru olan cihaz, iki biləyə taxılan titrəşməli bilərzik sayəsində, sağa və ya sola dönəcəyini titrəşmə ilə söyləyir. Görmə qüsuru olan insan Google Maps tətbiqinə səsli olaraq gedəcəyi ünvanı söyləyir. Cihaz da onu istiqamətləndirərək gedəcəyi ünvana aparır.

Yeni cihaz haqqında məlumat verən Sel Aykota dedi: "Gün keçdikcə artmaqda olan nəqliyyat və sənaye fəaliyyətlərilə birlikdə görmə qüsuru olanlar istiqamət tapmaqda çətinlik çəkirlər. Biz də bu səbəblə görmüş olduğunuz prototipi çıxartmağa qərar verdik".