LED işıqlandırmalara diqqət


Digərləri 06 May 2018 23:15:00 246 0

LED işıqlandırmalara diqqət

Günümüzün çox istifadə edilən texnologiyalarından LED işıqlandırılması, İngiltərədə Ekseter Universitetinin araşdırmaçıları tərəfindən tədqiq edildi və qorxuducu bir nəticə ortaya çıxdı.

İngiltərədə olan Ekseter Universitetinin bir araşdırmasına görə, LED işıqlandırmalar xərçəng riskini artırır.

Son.az deyerler.org-a istinadən bildirir ki, əl telefonlarından reklam pannolarına və hətta evdəki işıqlandırmalarda belə istifadə edilən LED texnologiyası xərçəng riskini artırır. Ən təhlükəliləri isə qırmızı və mavi LED-lərdir.

İspaniyada 2 minə qədər xərçəng xəstəsi üzərində aparılan araşdırmanın nəticələri, ABŞ-ın Environmental Health Perspectives (Ekoloji Sağlamlıq Perspektivləri) Jurnalında nümayiş olundu.