Allahın behişti var ki, üç kəsdən başqası...


Digərləri 06 May 2018 22:50:00 263 0

Allahın behişti var ki, üç kəsdən başqası...

Fədakarlıq elə bir fəzilətli sifətdir ki, Allahın ancaq mömin bəndələri həqiqi fədakar ola bilirlər. Bəs fədakarlıq bu möminlərə hansı bərəkətləri gətirir?

1. Xilas olmaq. Quran buyurur: "Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapanlardır". ("Həşr" 9). Hər kim fədakar olar, xəsislik və təkəbbür kimi sifətlərdən uzaq olar.

2. Kamil əxlaqa çatmaq. Fədakar insan bu gözəl əməli görməzdən əvvəl simicliyi, hərisliyi, mal sevgisini ayaqları altına qoyar, sonra ehsan, səxavət yolu ilə fədakarlıq edər. Ona görə də İmam Əli (ə) buyurur: "Məkarim əxlaq, iffət və fədakarlıq olmadan kamil olmaz".

Son.az deyerler.org-a istinadən bildirir ki, Quranda buyurulur: "Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir". ("İsra" 7).

3. Şadlıq və sevinc hissi. İmam Əli (ə) buyurur: "Başqalarına fədakarlıq edərək, özündə şadlıq əldə edərsən".