Salyanda iki minik maşını toqquşub, 3 nəfər yaralanıb


Sosial 06 May 2018 22:38:22 246 0

Salyanda iki minik maşını toqquşub, 3 nəfər yaralanıb

Hadisə şəhər ərazisində baş verib

Salyan şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, iki “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində Salyan şəhər sakinləri - 1988-ci il təvəllüdlü Babayev Elçin Mehman oğlu, 1951-ci il təvəllüdlü Qasımov Habil Kazımağa oğlu və 1998-ci il təvəllüdlü Dadaşov Üzeyir Qafar oğlu xəsarət alıb.

Yaralılar müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.