Erkən xərçəng diaqnozu üçün süni xal


Digərləri 06 May 2018 22:15:00 339 0

Erkən xərçəng diaqnozu üçün süni xal

Alimlər xərçəngin erkən diaqnozu üçün süni xal texnologiyası yaratdılar. Yeni texnologiya sayəsində bir çox xərçəng tiplərinin erkən diaqnozu mümkün ola bilər. ETH Sürix Biosistem Elmi-Mühəndislik üzrə professor Martin Fussenegger ilə işləyən elm insanları, sintetik bir gen şəbəkəsi istifadə edərək ən çox görülən 4 xərçəng tipi üçün erkən diaqnoz üsulu yaratdı.

Son.az deyerler.org-a istinadən bildirir ki, erkən xəbərdarlıq sistemi şiş inkişafına bağlı olaraq qandakı kalsium miqdarındakı yüksəlişə reaksiya verir. Biotexnologiyadan istifadə edərək insan bədən hüceyrələrinə inteqrə edilən genetik şəbəkə dəri altına yerləşdirilir. Kalsium miqdarı sərhəd dəyəri uzun müddətli aşdığında, melanini xəbərdar edən bir siqnal göndərir. Bu da normal gözlə görünən qəhvəyi rəngdə bir xalın meydana gəlməsinə səbəb olur. Bədəndə bu süni xal çıxdıqdan sonra, həkimə müraciət etmək lazımdır. Beləcə dərhal lazımlı müalicəyə başlana bilər. Təbii yenə də bu xalın çıxması xəstələri psixoloji olaraq narahat edə bilər. Məhz bu səbəblə bu xalın yalnız qırmızı işıq altında görünəni də yaradıldı. Beləcə yalnız həkim ziyarətində görünə bilər. Amma bu texnologiyanın da bəzi sərhədləri var.