Yeni Volkswagen Jetta: ilk FOTO


Digərləri 06 May 2018 22:01:00 260 0

Yeni Volkswagen Jetta: ilk FOTO

Detroyt-2018 Beynəlxalq avtosalonu çərçivəsində Almaniyanın Volkswagen şirkəti rəsmi surətdə yeni kompakt sedan Jetta-nı təqdim etdi. Məşhur avtomobil daha yüksək sinfə aid eksteryer dizaynı və bir çox qabaqcıl texnologiyalar alıb.

Son.az auto.az-a istinadən bildirir ki, yeni VW Jetta 2019-u təqdim edərkən alman avtomobil nəhənginin nümayəndələri deyiblər: "Jetta - bu, dünyada ən uğurlu sedanlardan biridir və 1979-cu ildə işıq üzü görəndən bəri 16 milyon tirajla buraxılıb: 3.2 milyondan çoxu ABŞ-da satılıb. İndi biz MQB platformasında (Volkswagen Modular Transverse Matrix) yığılan avtomobil təklif edirik ki, onun daha yaxşı dizaynı, əvvəlki modelə nisbətən daha böyük salonu və yeni texnologiyası var".

MQB platformasına keçid sayəsində yeni nəsil kompakt sedan Volkswagen Jetta sələfinə nisbətən daha uzun, enli və hündür olub. Xüsusilə, avtomobilin təkər bazası və uzunluğu 200 mm-dən çox böyüyüb. Ölçülər (uzunluq, en, hündürlük): 4 702/1 799/1 459 mm. Təkər bazasının ölçüsü 2686 mm-dir. Qabaq hissə 10 mm qısa, arxa hissə isə 18 mm böyükdür. Baqajın həcmi 510 litrdir.


Xəbərə aid fotolar