Kiadan yeni Cerato FOTO


Digərləri 06 May 2018 21:30:00 297 0

Kiadan yeni Cerato  FOTO

Cənubi Koreyanın Kia Motors Corporation şirkəti rəsmi elandan və bir sıra dərc edilmiş təsvirlərdən sonra rəsmi surətdə yeni nəsil kompakt sedan KIA Forte-nin sirrini açıb. Həmçinin KIA Cerato və KIA K3 adı ilə məşhur olan avtomobil Şimali Amerikada keçirilən beynəlxalq Detroyt-2018 avtosalonu çərçivəsində debüt edib.

Son.az auto.az-a istinadən bildirir ki, hələ rəsmi təqdimata qədər güman edildiyi kimi, yeni dördqapılı KIA Cerato-nun dizaynında bu yaxınlarda təqdim olunmuş Stinger-in üslubundan istifadə edilib. Sedan sələfindən daha uzun kapotu və qısaldılmış arxa hissəsi ilə seçilir.

Qabaritlərə gəldikdə, KIA Cerato 2019-un banının uzunluğu 2640 mm, hündürlüyü 1440 mm, eni isə 18000 mm-dir. Beləliklə, avtomobil daha uzun və hündür alınıb. Baqajın həcmi isə 428 litrdir.


Xəbərə aid fotolar