Camaat namazında duran, öz çətinliklərinin düyününü açar


Digərləri 06 May 2018 21:20:00 240 0

Camaat namazında duran, öz çətinliklərinin düyününü açar

Həm Quran ayələri və həm də hədislərimiz namazı İslam dininin sütunu adlandırır və ona xüsusi əhəmiyyət verir.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ibadət əgər cəm halında yerinə yetirilərsə, savabı minlərlə qat artır və bir çox çətinliklər üçün açar olur.

O kəslər ki, namazı yüngül hesab edirlər, onları həm bu dünyada və həm də axirətdə ağrılı əzablar gözləyir.

O kəslər ki, camaat namazında iştirak edər, sanki Peyğəmbərin (s) arxasında cihad edənlərin ilk sırasında qərar tutar. Hədislərimiz buyurur ki, əgər on nəfər bir yerdə camaat namazı qılarsa, heç bir mələk bu ibadətin savabının miqdarını yazmağa qadir olmaz.