Qolunuzu toxunuşlu ekrana çevirən ağıllı saat


Digərləri 06 May 2018 21:15:00 289 0

Qolunuzu toxunuşlu ekrana çevirən ağıllı saat

Yeni texnologiya ilə birlikdə sanki elmi fantastika filmləri gerçəyə çevrilir. Bu günlərdə Karnegi Mellon Universitetinin araşdırmaçıları tərəfindən yaradılan ağıllı saat ilə birlikdə qolunuz toxunuşlu ekrana çevriləcək.

Son.az deyerler.org-a istinadən bildirir ki, elmi fantastika filmlərinidə gördüyümüz ancaq bu da olmaz hərhalda dediyimiz texnologiya, gerçək oldu. Bu məzmunda Karnegi Mellon Universitetinin araşdırmaçılarının işlərinin nəticəsində çıxarılan və 'LumiWatch' adı verilən saat ilə birlikdə qolunuz, toxunuşlu ekrana çevriləcək. Kiçik bir əl hərəkəti ilə saatın kilidini açacağınız texnologiyada, aplikasiyaları tam olaraq qolunuzun üzərində görə biləcəksiniz.

Araşdırmaçılar tərəfindən yaradılan ağıllı saatın prototipinə baxılacaq olsa, LumiWatch olduqca yaxşı görünür. Bu məzmunda ağıllı saat sahib olduğu proyektor sayəsində, istifadəçisinin qoluna smartfon ölçülərində bir toxunmalı ekran əks etdirəcək. Olduqca asan istifadəyə sahib olan cihazın kilidini, əlinizi sağa və ya sola sürüşdürərək aça biləcəksiniz.