"Öz Peyğəmbərini, müşriklərə xoş gəlməsə belə..."


Digərləri 06 May 2018 20:50:00 490 0

"Öz Peyğəmbərini, müşriklərə xoş gəlməsə belə..."

Hədislərdən göründüyü kimi, zühur zamanında bəşərdə ciddi şəkildə təkamül baş verəcək və elm inkişaf edəcəkdir.

İmam (ə.f) zühuru ilə yer üzərində olan zülmü aradan aparacaq və ədalətə bürüyəcəkdir. Hədislərimizin buyurduğuna görə, bu dövrdə İmam (ə.f) yəhudilərin müxalifətliyi ilə üzləşəcəkdir. Yəhudilər üçün müqəddəs tabutun xüsusi əhəmiyyəti vardır. İmam (ə.f) gələcək və bu tabutu tapıb, onlara göstərəcəkdir. Bundan əlavə, əsil Tövratı Antakiyanın mağarasından çıxardıb, onlara nişan verəcəkdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə.f) bu nişanələri göstərəndən sonra yəhudiləri İslam dininə dəvət edəcəkdir. Onların bəzisi bu nişanələri görərək və İsanın (ə) yerə nazil olub, Həzrətin (ə.f) arxasında namaz qıldığına şahid olduqları üçün İslam dinini qəbul edər və iman gətirərlər. Ancaq hədislərimiz buyurur ki, çox mümkünsüz görünür ki, bütün yəhudilərin hamısı iman gətirsin. Müxaliflik edənlər də olacaqdır.

Xristianlar isə İsanın (ə) yerə enməsi ilə həqiqətləri dərk edəcək və ona iman gətirəcəklər. Sonra isə Həzrət İsanın (ə) tövsiyəsi ilə Peyğəmbər (s) dinini qəbul edəcəklər.

İmam Zaman ağanın (ə.f) yəhudilərlə üzləşməsinə aid iki cür hədislərimiz vardır. Bir dəstə hədislərdə ümumi yəhudilərdən söz açılmış və onların iman gətirəcəyindən bəhs olunmuşdur. Bir dəstə hədislərdə isə xüsusi yəhudilərin adı çəkilmişdir.