Tam fərqli Mercedes GClass FOTO


Digərləri 06 May 2018 20:30:00 334 0

Tam fərqli Mercedes GClass  FOTO

Xarici KİV-lər yeni nəsil gecə paketli yolsuzluq avtomobili Mercedes-Benz G-Class-ın təsvirini yaymışdı. Bütün bunlar ondan xəbər verir ki, Almaniyanın premial markası ənənəyə uyğun olaraq bu model üçün bir çox əlavə aksessuarlar hazırlayır.

Son.az auto.az-a istinadən bildirir ki, yolsuzluq avtomobili Mercedes-Benz G-Class AMG Line adi modeldən bir sıra üslub həlləri ilə seçilir ki, onların sayəsində avtomobildə aqressiv və idmansayağı xarici görünüş yaranıb. Qeyd edək ki, bəzi elementlər yüklənmiş Mercedes-AMG G63-ün necə görünəcəyindən xəbər verir.

Məsələn, idman paketi olan avtomobilin qabaq və arxa hissələri dəyişib və o, unikal əlavələri olan yeni aerodinamik asma alıb. Bundan əlavə, əyləc supportlarında alman şirkətinin imzası peyda olub. Həmçinin məlumat verilir ki. AMG Line paketinin tərkibinə idman qaz buraxma sistemi daxildir ki, onun sayəsində səs dəyişib.


Xəbərə aid fotolar