İmam Məhdinin həyatı


Digərləri 06 May 2018 20:40:00 257 0

İmam Məhdinin həyatı

Həzrət İmam Məhdi (ə.f) 11-ci İmam olan İmam Həsən Əsgərinin (ə) yeganə övladıdır. 255-ci hicri ilinin Şəban ayının 15-də Samirrada dünyaya gəlmişdir. 5 yaşı olan zaman atasını şəhid etdilər və imamət kürsününə əyləşmək məcburiyyətində qalan 5 yaşlı İmam Məhdi (ə.f), qeybəti-suğraya (kiçik qeybə) çəkilir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrətin (ə.f) dünyaya gəlişi gizli olduğu üçün, onun varlığından çox az insanın xəbəri olmuşdur. O Həzrət (ə.f) də Həzrət Musa (ə) kimi çətin bir dövrdə dünyaya gəlir və mövludunu gizli saxlayırlar. Abbasi xəlifələri İmam Həsən Əsgərinin (ə) evini daima nəzarət altında saxlayır və övlad sahibi olmasını istəmirdilər. Bütün bunlara baxmayaraq, İmam Məhdi (ə.f) cümə gününün səhərində gözlərini dünyaya açdı.

Məsumlarımız (ə) Qaimin (ə.f) dünyaya gəlməzdən əvvəl onun nişanələri barəsində çox hədislər bəyan etmişdilər. İmam Rza (ə) Həzrət (ə.f) barəsində buyurur: "Ali-Muhəmmədin (ə) Qaiminin (ə.f) gözəl simasını nur şüaları əhatə etmişdir. Mötədil rəftara və şad simaya malikdir. Cismi cəhətdən Peyğəmbərə (s) ən çox bənzəyən şəxsdir. Onun xüsusi nişanəsi budur ki, baxmayaraq ki, uzun ömrü vardır, ancaq cavan simaya malikdir. O yerə qədər ki, hər kim onu görər - 40 və ondan da az yaş verər. Onun başqa nişanəsi budur ki, ölənə qədər zaman keçməsinə baxmayaraq, varlığında qocalığın nişanəsi görünməyəcəkdir".

İmam Məhdinin (ə.f) həyatını dörd hissəyə bölmək olar:

1. Təvəllüdündən qeybinə qədər. Bu dövrdə atası onu Əhli-Beyt (ə) davamçılarının böyüklərinə tanıdır və hüccətini tamamlayırdı.

2. Suğra qeybi (kiçik qeybi). İmam Həsən Əsgəri (ə) ş səhid olandan sonra Suğra qeybi başlanır. Bu qeyb, 328-ci ilə qədər davam edir. Bu dörvdə İmamın (ə.f) dörd naibi olur ki, onların vasitəsilə dini mövzuları həll edir.