Nikola Motor Tesladan 2 milyard dollar tələb edir


Digərləri 06 May 2018 20:15:00 257 0

Nikola Motor Tesladan 2 milyard dollar tələb edir

Amerikanın hidrogen mühərriklər üzərində çalışan yük maşınları istehsalçısı Nikola Motor şirkəti elektromobil və elektrikli yük maşınları istehsalçısı Tesla şirkətinə qarşı Arizona ştatının məhkəməsində ittiham qaldırıb. Nikola Motor şirkətinin verdiyi məlumata əsasən Tesla onun bir çox patentini pozub və şirkətin əsas mühəndisini özünə cəlb etmək istəyib. Nikola Motor dəymiş zərəri 2 milyard dollar dəyərində qiymətləndirir.

Son.az technote.az-a istinadən bildirir ki, bu barədə The Verge saytı xəbər verib. Məhkəməyə təqdim olunmuş sənədlərdə Nikola Motor şirkətinin təmsilçiləri qeyd ediblər ki, Tesla şirkəti Nikola Motor-un istehsal etdiyi yük maşınının gövdəsini, qabaq şüşəsini və s. kimi özəlliklərini kopyalayıb. Məhkəmə iddiasında Nikola Motor bildirib ki, o, gövdəni əhatə edərək sürücüyə daha çox baxış bucağı imkanını verən unikal qabaq şüşə hazırlayıb.