"Kafirin küfrü sizi sancmaz"


Digərləri 06 May 2018 19:50:00 398 0

"Kafirin küfrü sizi sancmaz"

İmam Zaman ağanın (ə.f) bəzi buyuruşlarına diqqət edək:

1. Öz davamçılarına diqqəti. "Biz sizin halınıza diqqət etməkdə səhlənkarlıq etmirik, sizi unutmuruq. Əgər başqa cür olsaydı,çətinliklər sizə üz çevirərdi və sizin kökünüzü kəsərdi".

2. Saleh əməl yerinə yetirmək. "Sizlərdən hər biriniz gərək o şey ki, sizi bizə yaxınlaşdırar - ona əməl edəsiniz. O şey ki, bizim xoşumuza gəlmir və ona qəzəblənirik - (ondan) uzaq olasınız. Çünki, Allah ani şəkildə insanı alar o zaman ki, tövbəsinin ona faydası olmaz".

3. Əhli-Beytin (ə) əmrlərinə itaət. "Allahdan qorxun və bizə təslim olun. İşlərinizi bizə buraxın. Bizim öhdəmizdədir ki, sizi bulaqdan sirab edək. Sizi bulağa tərəf aparmaq bizim öhdəmizdə olsa da, sizdən gizli olan şeyləri kəşf etmək yoluna getməyin. Məqsədinizi bizə sevgi ilə aydın olan yoldan bizə tərəf qərar verin".

4. Haqq mütləq həyata keçər. "Allah təqdir etmişdir ki, haqq öz son və kamal mərhələsinə çatsın. Batil aradan getsin. O, bəyan etdiklərimə şahiddir".

5. Xilqətin hədəfli olması. "Allah Təala xəlqi yersiz yerə xəlq etməmişdir. Onları qüdrətləri ilə xəlq etmişdir. Onlar üçün qulaq, göz, qəlb və ağıl qərar vermişdir. Müjdə verən və qorxudan rəsulları onlara tərəf göndərmişdir ki, əmrinə itaət etsinlər. İtaətsizliklərinin qarşısını alsınlar. Allah və din barəsində bilmədiklərini onlara başa salsınlar. Onlara tərəf kitab göndərdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, onlara tərəf mələkləri göndərdi ki, Allahla peyğəmbərləri (ə) arasında vasitə olsunlar".

6. Haqqın zühuru. "Nə zaman Allah bizə danışmaq üçün icazə verər, haqq zahir olacaqdır. Batil aradan gedəcəkdir".

7. Allahın izni ilə haqqın zühuru. "Zühur olmaz, məgər Allah Təalanın izni ilə. O isə uzun zamandan, qəlblərin qəsavətindən, yeri zülm bürüyəndən sonra".

8. Yalançı iddiaçılar. "Agah olun ki, tezliklə (bəzi) kəslər (xüsusi nəcabətimi) iddia edəcəklər. Agah olun ki, hər kim Süfyaninin qiyamından, səma səsini eşidəndən əvvəl məni gördüyünü iddia edər - yalançı və iftiraçıdır".

9. Dünya məhv olmaq üzrədir. "Dünyanın məhv olması yaxınlaşır və vida halındadır. Mən sizi Allah və Peyğəmbərinə (s), Quranına əməl etməyə, batili öldürməyə və sünnəti dirçəltməyə dəvət edirəm".

10. Böyük ehtiyat. "Mən Adəmdən (ə) qalan, Nuhun (ə) ehtiyatı, İbrahimin (ə) seçdiyi və xülasə, Muhəmmədəm (ə)".

11. Allahın hüccəti. "Zalımlar belə düşündülər ki, Allahın hüccəti aradan getmişdir. Halbuki əgər bizə danışmaq üçün icazə verilsəydi, hər an şəkləri aradan aparardıq".

12. Asqırıq, salamatlıq əlamətidir. "Asqırmaq - üç gün ərzində ölümdən amanda olmağın əlamətidir".

13. Namaz, şeytanı qovar. "Heç bir şey namaz kimi şeytanın burnunu torpağa sürtməz. Ona görə də namaz qıl və şeytanın burnunu torpağa sürt".

14. Allaha pənah aparmaq. "Kor olduqdan sonra görməyə görə, yolunu azmaqdan sonra xilas olmağa görə, nalayiq əməllərdən və fitnəyə düşməkdən Allaha pənah aparıram".

15. Həqiqət nümunəsi. "Haqq bizimlə və bizim aramızdadır. Bizdən başqası belə deyə bilməz, məgər o halda ki, iftiraçı və yalançıdır".