“Paşinyan əvvəlki Qarabağ ritorikasından əl çəkməyə məcburdur”


Dünya 06 May 2018 19:41:00 253 0

“Paşinyan əvvəlki Qarabağ ritorikasından əl çəkməyə məcburdur”

əbər verildiyi kimi, Ermənistanın gələcək baş naziri olması gözlənilən müxalifət lideri Nikol Paşinyan parlamentdə Qarabağ problemi ilə əlaqədar baxışlarını açıqlayıb.

Son.az musavat.com-a istinadən bildirir ki, erməni siyasətçinin fikirləri keçmiş prezident Serj Sərkisyandan o qədər də fərqlənməyib: "Münaqişə ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmalıdır", "Azərbaycanın aqressiv tonu sülhə mane olur", "Birtərəfli güzəştlərdən söhbət gedə bilməz" və s...

Lakin Nikol Paşinyan daha öncələr bu qədər "sülhpərvər" olmayıb. Erməni mediası onun 2013-cü ildə parlamentdə, Erməni Milli Konqresi fraksiyasında olarkən, "İrs" fraksiyası tərəfindən hazırlanan Dağlıq Qarabağın "müstəqilliyi" ilə bağlı qanun layihəsini dəstəkləyən yeganə deputat olduğunu xatırladır.

Başqa parityalar isə bu təşəbbüsü dəstəkləməyərək bunun ümumi prosesə mane olacağını bildirmişdilər. Paşinyan isə öz növbəsində "praqmatik dəliliyin" əleyhinə olduğunu söyləmişdi.

Erməni siyasi ekspertləri Paşinyan kimi siyasətçilərin öz baxışlarını 2016-cı ilin aprelində dəyişdiyini vurğulayırlar.

Mayın 1-də parlament qarşısında çıxış edən Nikol Paşinyan Qarabağ münaqişəsinin nizamlanmasında qarşılıqlı güzəştlərin verilməsindən danışıb.

Erməni politoloqu Stepan Səfəryanın sözlərinə görə, burada söhbət Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından vaz keçməsindən gedə bilər.

"Paşinyan respublikaçı deputatların da suallarına cavab olaraq bildirdi ki, İlham Əliyevin İrəvana göz dikdiyi bir vaxtda münaqişənin həlli mümkün deyil. O, həmçinin birtərəfli güzəştlərin olmayacağını da bəyan edib", - Sərəfyan qeyd edir.

Bununla bərabər S.Səfəryan Nikol Paşinyan və onu komandasının Qarabağ məsələsi ilə bağlı mövqeyi barədə qəti fikir söyləyməyin hələ tez olduğunu söyləyib. O, Ermənistanın yeni hakimiyyətinin yalnız növbədənkənar parlament seçkilərindən sonra qəti mövqeyə gələcəyini bildirib.