ZPerformance tüninqində BMW X5 M FOTO


Digərləri 06 May 2018 19:30:00 379 0

ZPerformance tüninqində BMW X5 M  FOTO

Məşhur atelye Z-Performance modernləşdirilmiş yolsuzluq avtomobili BMW X5 M-i rəsmi surətdə təqdim edib. məşhur Bavariya avtomobili dizaynında bir çox eksklüziv həllər, gücü 750 a.g.-ə çatdırılmış mühərrik alıb.

Son.az auto.az-a istinadən bildirir ki, modernləşdirilmiş yolsuzluq avtomobili BMW X5 M by Z-Performance-ın hətta xarici görünüşü yol hərəkəti iştirakçılarında vahimə yaradacaq. Görünür, Avstriya atelyesinin mütəxəssisləri ürəkdən işləyiblər. Beləliklə, BMW X5 M by Z-Performance yeni aerodinamik asma, eksklüziv tutqun ban rəngi, atelyenin kataloqundan 22-düymlük böyük təkər diskləri alıb.

Bununla yanaşı, avtomobil modifikasiya olunmuş asılqan ilə təchiz edilib. Bir daha qeyd edək ki, atelye Z-Performance aerodinamika üçün təbii ki, karbon lifindən yeni elementlər hazırlayıb. Həmçinin BMW X5 M by Z-Performance tündləşdirilmiş optika alıb.


Xəbərə aid fotolar