Rejissor zürafənin zərbəsindən öldü


Digərləri 06 May 2018 19:35:00 235 0

Rejissor zürafənin zərbəsindən öldü

Kinorejissor Karlos Karvalyo Cənubi Afrika Respublikasında çəkiliş zamanı zürafənin hücumu nəticəsində ölüb.

Bakı. Kinorejissor Karlos Karvalyo Cənubi Afrika Respublikasında çəkiliş zamanı zürafənin hücumu nəticəsində ölüb. Trend-in məlumatına görə, Karvalyo yerli fermaların birində heyvanları iri planda çəkirdi. Bu an rejissora zürafə yaxınlaşıb çox güclü zərbə endirib. Zərbə Karvalyonu bir neçə metr kənara atıb.