30cu illərin təyyarəsi qəza enişi edib


Digərləri 06 May 2018 19:19:00 343 0

30cu illərin təyyarəsi qəza enişi edib

1930-cu illərin fransız yüngülmotorlu təyyarəsi Böyük Britaniyanın Devon qraflığının Sidmut şəhərinin çimərliyindən qəza enişi edib.

Son.az Trend-ə istinadən bildirir ki,  buna səbəb mühərrikin işləməməsi olub. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Hadisə şənbə günü baş verib. İki yerli sakin vintaj təyyarə və avtomobillərin sərgisi keçirilən Bodmin şəhərindən evə - Branskomb şəhərinə uçmaq üçün havaya qalxıblar.