Terri: "Məşqçilik işi məni cəlb edir"


İdman 06 May 2018 18:53:00 259 0

Terri: "Məşqçilik işi məni cəlb edir"

Chelsea-nin sabiq kapitanı Con Terri də məşqçilik karyerası qurmağı planlaşdırır. Goal.az xəbər verir ki, hazırda Aston Villa-nın şərəfini qoruyan müdafiəçi bu baxımdan eks milli komanda yoldaşı Stiven Cerrardı misal göstərib.

"Həmişə yaxşı məşqçilərin rəhbərliyi altında oynamışam. Onlardan çox şey öyrənmişəm. İndi nə etmək lazım olduğunu bilirəm. Məşqçilik fəaliyyəti çətin işdir. Eyni zamanda bu peşə məni cəlb edir. Mən və Cerrard kimi futbolçular məşqçi olmasa, düzgün çıxmaz. Təcrübəmizi bölüşməliyik. Yayda A kateqoriyalı lisenziya alacam. Sonra məşqçilik etməyə hazırlaşıram".