Çempionluğu qeyd etdilər, polis tərəfindən saxlandılar


İdman 06 May 2018 18:13:00 240 0

Çempionluğu qeyd etdilər, polis tərəfindən saxlandılar

Lokomotiv 2004-cü ildən sonra ilk dəfə Rusiya Premyer Liqasının qalibi olub. Yuri Syominin yetirmələri 29-cu turda Zenit-ə minimal hesabla qalib gəlməklə çempionluğu təmin edib. Uzun aradan sonra qazanılan çempionluq bəzi fəsadlara da səbəb olub. Goal.az xəbər verir ki, klubun bir qrup azarkeşi intizamsızlıq yaradıb və avtomobillərin qarşısını kəsib. Təhlükəsizlik əməkdaşları "dəmiryolçular"un 100-ə qədər azarkeşini saxlayıb. Qeyd edək ki, Lokomotiv tarixində 3-cü dəfə Rusiya çempionu olub.