Ukraynalı müdafiəçi Neftçi-ni tərk edə bilər


İdman 06 May 2018 17:50:00 286 0

Ukraynalı müdafiəçi Neftçi-ni tərk edə bilər

Neftçi-nin müdafiəçisi Kirill Petrov klubunu dəyişə bilər. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Goal.az xəbər verir ki, mövsümün sonunda azad agent olacaq təcrübəli futbolçu bir neçə klubdan təklif alıb. Onun xidmətlərində adı açıqlanmayan bir yunan komandası, Türkiyənin Giresunspor və İsrailin Hapoel (Tel-Əviv) klubları maraqlıdır.

Petrovun Neftçi ilə müqaviləsini yeniləməsi də mümkündür. Amma futbolçu paytaxt klubunda qalıb-qalmayacağı ilə bağlı yekun qərarını mövsümün sonunda verəcək. Ötən il Olimpik-dən Neftçi-yə transfer olunan Petrov Ukraynada Krivbass, Hoverla, Arsenal klublarının şərəfini qoruyub. Bundan başqa, o, Polşada Korona və Qazaxıstanda Ordabaşı komandalarında forma geyinib.