Türkiyədə dəniz körpüsünün uçması nəticəsində 8 nəfər yaralanıb


Dünya 06 May 2018 17:38:41 250 0

Türkiyədə dəniz körpüsünün uçması nəticəsində 8 nəfər yaralanıb

Onlardan ikisi ağır vəziyyətdədir

Türkiyənin qərbində yerləşən Didim şəhərindəki dəniz körpüsünün çökməsi nəticəsində səkkiz nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, beşulduzlu otelə məxsus 10 metr hündürlüyündə beton körpü üzərində çoxlu sayda insanın olduğu zamanı uçub.

Hadisə yerinə gələn xilasedicilər hamını xilas edə biliblər. Səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, iki qadının vəziyyəti ağırdır.

Onların hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.