İsrail hərbçiləri Qəzzada sərhədi keçən iki fələstinlini öldürdü


Dünya 06 May 2018 17:34:00 237 0

İsrail hərbçiləri Qəzzada sərhədi keçən iki fələstinlini öldürdü

İsrail hərbçiləri Qəzza sektorundan İsrailə keçmək istəyən iki fələstinlini güllələyib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 3 şübhəli şəxs Qəzza sektorunun cənubundan İsrailə daxil olaraq infrastruktura zərbə vurmaq istəyib və onlardan ikisi öldürülüb.