Netanyahu: "İsrail İranla müharibəyə hazırdır"


Dünya 06 May 2018 16:14:00 248 0

Netanyahu: "İsrail İranla müharibəyə hazırdır"

İsrail öz şimal sərhədlərində düşmən İranın hərbi mövcudluğuna yol verməyəcək.

Son.az report.az-a istinadən bildirir ki, bunu yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasında deyib. Hökumət rəhbəri Tehranın Suriyada hərbi iştirakının artmasını İsrailə qarşı yönəlmiş addım kimi qiymətləndirib. Onun sözlərinə görə, son aylar İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri münaqişə zonasına hücum və müdafiə silahları, eləcə də zərbə PUA-ları, hava hücumundan müdafiə vasitələri və "yer-yer" sinfli raketlər toplayırlar." İranın bizə qarşı yönəlmiş təcavüzünü dayandırmaqda qərarlıyıq, hətta bu münaqişə anlamına gəlsə belə. Yaxşı olar ki, indi, nəinki sonra", - deyə Netanyahu bildirib.

O əlavə edib ki, İsrail vəziyyəti gərginləşdirməyə çalışmır, lakin "istəilən ssenariyə hazırdır".