"Çempionlar Liqasında məğlubiyyəti 2-3 günə həzm etmək olmur"


İdman 06 May 2018 16:11:00 297 0

"Çempionlar Liqasında məğlubiyyəti 2-3 günə həzm etmək olmur"

Almaniya Bundesliqasının 33-cü turunda Köln-ün qonağı olan Bayern Munchen ilk hissədə hesabda geri düşsə də, qələbə qazanmağı bacarıb - 3:1. Goal.az xəbər verir ki, matçdan sonra Münhen klubunun müdafiəçisi Yozua Kimmix bunları deyib:

"Birinci hissədə biz planlaşdırılan kimi oynamadıq. Biz maşın deyilik. Həftə içi çətin oyun keçirdiyimiz hiss olunurdu. Psixoloji nöqteyi-nəzərdən Çempionlar Liqasında mübarizəni dayandırmaq pis təsir edir. 2-3 günə bunu həzm etmək olmur. Fasilədən sonra özümüzə gəldik və daha rahat oynadıq".