Türkiyə ilin sonunadək Rusiya ilə viza rejiminin ləğvini gözləyir


Digərləri 06 May 2018 16:01:25 180 0

Türkiyə ilin sonunadək Rusiya ilə viza rejiminin ləğvini gözləyir

XİN rəhbəri: "Düşünürəm ki, Rusiya ilə viza rejimi, qismən olsa belə, ləğv ediləcək"

Ankara cari ilin sonuna qədər Rusiya ilə viza rejiminin ləğv ediləcəyini və ya yüngülləşdiriləcəyini gözləyir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Turk" telekanalına müsahibəsində deyib.

Rusiya Türkiyə vətəndaşları üçün viza rejimini 2015-ci ilin noyabrında iki ölkə arasında münasibətlərin soyuması fonunda tətbiq edib.

"Düşünürəm ki, Rusiya ilə viza rejimi, qismən olsa belə, ləğv ediləcək. Ola bilsin ki, ilin sonunadək iki ölkə prezidenti telefon söhbəti zamanı və ya ilk görüşdəcə deyəcəklər: "Gəlin nəhayət ki, vizanı ləğv edək", — deyə Çavuşoğlu bildirib.