Polşada mədəndə partlayış baş verib: ölən var


Dünya 06 May 2018 15:47:00 232 0

Polşada mədəndə partlayış baş verib: ölən var

Polşada mədəndə baş verən partlayış nəticəsində bir nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə ölkənin cənubunda baş verib.

Yastemj kömür şirkətinin başçısı Daniel Ozon bildirib: "Sofiyevka mədənində şənbə günü səhər güclü partlayış baş verib. Partlayışın gücü, mədənçilərin məlumatına görə, rixter şkalası üzrə 4 bala bərabər olub. Partlayış anında mədəndə təxmini 250 nəfər olub".