Türkiyə və Rusiya arasında viza rejimi ləğv edilə bilər


Dünya 06 May 2018 14:02:00 230 0

Türkiyə və Rusiya arasında viza rejimi ləğv edilə bilər

Rəsmi Ankara bu ilin sonuna qədər Rusiya ilə viza rejiminin ləğv edilməsini, yaxud viza rejiminin yumşaldılmasını gözləyir.

Son.az APA-ya istinadən bildirir ki, bunu bu gün Türkiyə xarici işlər nazir Mövlud Çavuşoğlu "CNN Turk" telekanalına müsahibəsində bildirib.

M. Çavuşoğlu deyib ki, bu ilin sonunda iki ölkənin prezidentləri telefon danışığı, yaxud ilk şəxsi görüşlərində viza rejiminin ləğvi barədə qərar verə bilərlər.