Topaz Premyer Liqasının növbəti turuna 2 cəzalı


İdman 06 May 2018 13:52:00 274 0

Topaz Premyer Liqasının növbəti turuna 2 cəzalı

Topaz Premyer Liqasının 26-cı turunun ikinci oyun günü iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Zirə Viktor İqbekoyinin, Keşlə Fuad Bayramovun xidmətindən məhrum olub.

Səbail-lə səfərdəki görüşdə (1:0) sarı vərəqə alan nigeriyalı mövsümdə 4-cü xəbərdarlığını görüb. Bu da Viktorun 27-ci turda Kəpəz-lə ev görüşündə oynaması üçün əngəl olub.